İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa qaz istehlakını sürətlə azaldır

666 17.08.2023 00:00 İqtisadiyyat A A

İyul ayında Avropa İttifaqında qaz istehlakı illik ifadədə 12 faiz azalaraq 18 milyard kubmetr təşkil edib. Qaz İxracatçıları Forumunun məlumatına əsasən ay ərzində Avropa İttifaqına boru qazı nəqli 13 faiz azalıb. Avropa İttifaqından fərqli olaraq Çin iyulda qaz istehlakını illik ifadədə 11 faiz artıraraq 33 milyard kubmetrə çatdırıb.

2023-cü ilin yanvar-iyulunda Aİ-də qaz istehlakı illik ifadədə 11 faiz azalaraq 197 milyard kubmetr təşkil edib. Bu azalma Avropa Komissiyasının ötən il qaz istehlakının 15 faiz könüllü azaldılmasına dair qəbul etdiyi qərarla, həmçinin bərpa olunan enerji mənbələrinin gücünün artması ilə izah edilir.

Forumun materiallarından aydın olur ki, Avropa ölkələrində qaza tələbat 2021-ci il səviyyəsinə çatmayıb. Belə ki, iyulda Almaniyada tələbat 3,5 faiz azalıb(istehlak 3,3 milyard kubmetr), İtaliyafa 0,4 faiz(4,4 milyard kubmetr), Fransada 17 faiz(3,3 milyard kubmetr), İspaniyada 16 faiz(2,4 milyard kubmetr). Böyük Britaniya isə iyulda qaz istehlakını 23 faiz azaldaraq cəmi 2,7 milyard kubmetrdən istifadə edib.

İyulda Avropa İttifaqına boru qazı nəqli 13 milyard kubmetr təşkil edib ki, bu da iyunla müqayisədə 13 faiz çox, ötən ilin iyulu ilə müqayisədə 13 faiz azdır. Yanvar-iyulda isə boru qazı nəqli 32 faiz azalaraq 90,3 milyard kubmetr olub. Bu həcmin cəmi 14 milyard kubmetri Rusiyadan alınıb. 51 milyard kubmetr Norveçdən, 17 milyard kubmetri Əlcəzairdən, qalanı isə Azərbaycan və Liviyadan əldə edilib.

İyulda Avropa İttifaqına maye qaz idxalı 2021-ci ilin sentyabrından bəri ilk dəfə 5,4 faiz azalmaqla 8,62 milyon ton təşkil edib. Yanvar-iyulda isə bu göstərici 76,38 milyon ton maye qaz alıb.

Qeyd edək ki, Avropanın qaz anbarları 90 faiz doldurulub.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR