İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa qaz ehtiyatlarını maksimuma çatdırdı - Qiymətlər belə dəyişdi

1096 26.09.2022 14:37 İqtisadiyyat A A

Rusiyadan qaz nəqlinin minimum səviyyədə olmasına baxmayaraq, Avropada qaz qiymətləri ucuzlaşmağa davam edir.

Musavat.com xəbər verir ki, bu gün səhərdən Londonun ICE birjasında qazın qiyməti 9 faizdən çox ucuzlaşmaqla 1700 dollardan aşağı düşüb.

Niderlandın TTF birjasında isə oktyabr fyuçerslərində min kubmetrin qiyməti 1687 dollara qədər ucuzlaşıb. Ucuzlaşmaya səbəb Avropanın qaz anbarlarındakı ehtiyatların Avropa İttifaqının qarşıya qoyduğu həddən xeyli yüksək olmasıdır. Belə ki, oktyabrın 1-dək anbarların 80 faiz doldurulması nəzərdə tutulsa da, artıq 87,5 faizdən yuxarı ehtiyat toplanıb. Oktyabrın 1-dək bu həcmin 90 faizi keçəcəyi gözlənilir. Bu isə soyuq payız-qış mövsümündə Avropanın qaz ehtiyaclarının demək olar ki, bütünlüklə qarşılanmasına imkan verəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR