İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa parlamentariləri erməni separatçıları azad etdirə bilərmi?

587 11.03.2024 15:08 Gündəm A A

“Martın 19-da Avropa Parlamentində “Azərbaycanda erməni hərbi əsirləri: Avropa Parlamentinin müvafiq qətnaməsinin qəbulundan 3 il ərzində yaranmış vəziyyət” adlı konfrans keçiriləcək”.

Konfrans Bolqarıstanın Avropa Xalq Partiyasının fraksiyasından olan deputatı Andrey Kovaçov tərəfindən təşkil ediləcək.

Sözügedən konfrans Avropa Parlamentinin ölkəmiz əleyhinə 2021-ci il mayın 20-də “mülki məhbusları” və “hərbi əsirləri” qeyd-şərtsiz və dərhal azadlığa buraxmağı tələb edən qərarından sonra mövcud vəziyyətin təhlilinə həsr olunacaq.

Qeyd edək ki, bu ilin iyun ayında Avropa Parlamentində seçkilər keçiriləcək. Buna görə də güman etmək olar ki, hazırkı deputatlar seçkidə yenidən səs qazanmaq üçün erməni lobbisinin maraqlarına uyğun qətnamə layihələri ilə çıxış edirlər.

CİNGİZ SON.jpg (299 KB)

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Musavat.com-a şərhində bildirib ki, konfrans keçirilərsə, burada sırf erməni lobbisinin təsirini görmək olar:

“Azərbaycanla xoş münasibətləri olan Bolqarıstanın Avropa Xalq Partiyasının fraksiyasından olan deputatı Andrey Kovaçov tərəfindən konfrans təşkil olunması əslində Avropa parlamentarilərinin qarşıdan gələn seçkilərdə erməni lobbisindən dəstək almaq və onların köməyi ilə təkrar parlamentə üzv olmaq niyyətindən xəbər verir. Eyni zamanda onlar Azərbaycanda mülki əsirlərin olduğunu qeyd edirlər. Lakin bu barədə söhbət gedə bilməz. Azərbaycanda mülki və hərbi cinayətkarlar var. Onların arasında müharibə cinayətləri törətmiş separatçılar var. Uzun illər Azərbaycan ərazisinin işğal altında saxlanmasına, eyni zamanda separatçı rejimin yaranmasına çalışıblar. Bolqarıstan tərəfindən Azərbaycanın ərazi bütövlüyü tanındığı halda, separatçı rejimi isə heç bir dövlət tanmadığı halda söhbət hansı əsirlərdən gedir? Sözügedən cinayətkarlar həm müharibə cinayətləri törədiblər, həm də Azərbaycan qanunları ilə, o cümlədən beynəlxalq hüquqla qadağan olunan bir çox maddələrlə ittiham olunurlar. Buna görə də cinayətkarların Azərbaycandan alınıb Ermənistana verilməsinə nail olmaq qeyri-mümkündür”.

Ç.Qənizadə qeyd edib ki, Avropanın istənilən ölkəsində bu cür hallar olsa, cinayətkarlar həbs edilirlər, məsuliyyətə cəlb olunurlar:

“Yaxın keçmişdə İspaniyada baş verənləri unutmuruq. Avropa Parlamentinin bu cür saysız-heabsız qərəzlərinin arxasında Avropada məskunlaşmış erməni lobbisi, həmçinin, lobbinin maliyyə vəsaiti ilə fəaliyyət göstərən müəyyən qrup parlamentarilər durur. Bu, Azərbaycana qarşı qarayaxma kampaniyalarının tərkib hissəsidir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR