İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Komissiyası Rusiya qazının Ukraynadan nəqli ilə bağlı heç bir danışıq aparmayacaq

354 30.05.2024 22:53 Dünya A A

Avropa Komissiyası (AK) Ukrayna üzərindən Rusiya qazının transit müddətinin uzadılması ilə bağlı Avropa şirkətləri və ya hökumətlərinin heç bir danışıq səylərini dəstəkləməyəcək.

Musavat.com xəbər verir ki, bunu Brüsseldə keçirdiyi mətbuat konfransında enerji məsələləri üzrə Avropa komissarı Kadri Simson deyib.

O bildirib ki, Ukrayna ilə 2019-cu ilin sonunda 5 il müddətinə imzalanmış tranzit sazişinin 2024-cü ilin sonunda başa çatacağını bütün Avropa şirkətləri bilirdilər: “Rusiya qazının]alternativ çatdırılması dəhlizləri var. Avropa Komissiyası Ukrayna tranzitinin uzadılması ilə bağlı Avropa şirkətləri və ya hökumətləri arasında heç bir danışıqları dəstəkləməyəcək”.

Simson həmçinin qeyd edib ki, Rusiya mayeləşdirilmiş qazdan qat-qat ucuz olan boru kəməri qazını almağa davam edən şirkətlərə xidmət göstərməkdə çətinlik çəkəcək.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR