İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Komissiyası Çin elektromobillərinə əlavə rüsum qərarını təxirə salıb

472 30.05.2024 00:23 Dünya A A

Avropa Komissiyası Çindən idxal olunan elektriklə işləyən avtomobillərin tarifləri ilə bağlı qərarını iyunun 9-da keçiriləcək Avropa Parlamentinə seçkilərdən sonraya təxirə salacaq.

İyunun 5-də elan edilməli olan tariflər Çinin elektrikli avtomobil istehsalçılarını şoka salacaq və milyardlarla dollar yeni xərclərə səbəb olacaq.
Xəbəri ilk dəfə dərc edən Almaniyanın “Spiegel” jurnalı yazır ki, gecikmə bu məsələnin Avropa Parlamentinə seçki kampaniyası zamanı gündəmə gəlməməsi məqsədi daşıyır. Avropa Parlamentinə seçkilər iyunun 6-9-da keçiriləcək.

Mənbə Reuters agentliyinə bildirib ki, yeni son tarix seçkinin nəticələrinin dərc olunduğu günün ertəsinə - iyunun 10-na təyin edilib.
Avropa Komissiyasının sözçüsü bildirib ki, tarix hələ təsdiqlənməyib.

Xatırladaq ki, ötən ilin oktyabrında Avropa Komissiyası Çin elektromobil istehsalçılarına Pekinin verdiyi dəstəyin Avropa istehsalçıları üçün qeyri-bərabər rəqabət mühiti yaratması ilə bağlı araşdırmalara başlayıb. Araşdırmaların başa çatma müddəti maksimum 13 ay ola bilər.

Reuters agentliyinə daha əvvəl mənbələr bildiriblər ki, Avropa Komissiyası üç Çin elektrik avtomobil istehsalçısına anti-subsidiya araşdırması üçün kifayət qədər məlumat vermədikləri barədə xəbərdarlıq edib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR