İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqından Rusiyaya yeni sanksiyalar - siyahıda 2 min adam var

376 21.02.2024 15:07 Dünya A A

Avropa İttifaqı Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiqləyib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, yeni sanksiyalar paketi çərçivəsində təxminən 200 təşkilat və şəxsin sanksiya siyahısına əlavə edilməsi gözlənilir.

"Aİ ölkələrinin səfirləri Rusiyanın Ukraynaya təcavüzü çərçivəsində 13-cü sanksiyalar paketi ilə bağlı prinsipial razılığa gəliblər. Bu, Aİ-nin təsdiqlədiyi ən böyük sanksiya paketlərindən biridir”, - Aİ-nin müvəqqəti prezidenti Belçikanın rəsmi sosial media hesabında paylaşım edib.

Aİ komissiyasının sədri Ursula fon der Leyen Rusiyaya qarşı 13-cü sanksiya paketi ilə bağlı razılaşmanı alqışladıını deyib.

"Putinin döyüş maşınının zəiflədilməsinə davam etməliyik", - deyən von der Leyen Ukraynaya görə Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiya siyahısındakı adam və təşkilatların sayının 2 minə çatdığını və Rusiyanın pilotsuz uçuş aparatları kimi silahlara çıxışını daha da azaltdıqlarını bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR