İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Ukrayna ilə bağlı RAZILIĞA GƏLDİ

2845 11.05.2024 15:28 Dünya A A

Avropa İttifaqı Rusiyanın hücumuna məruz qalan Ukrayna üçün təhlükəsizlik təminatları barədə razılığa gəlib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Welt am Sonntag” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, saziş layihəsi hazırda hələ də Avropa Xarici Fəaliyyət Xidməti və Kiyev hökuməti tərəfindən razılaşdırılır. Sənəd iyulun əvvəlində qüvvəyə minməlidir və Ukrayna Avropa İttifaqına və NATO-ya daxil olana qədər qüvvədə olacaq.

Müqavilə layihəsinə əsasən, Avropa İttifaqı Ukraynaya qarşı yeni hücumlar zamanı Kiyevə dərhal məsləhətləşmələrin keçirilməsinə zəmanət verir. Bununla bərabər, Ukraynaya yeni hücumlar zamanı Ukrayna ordusunun tərəfində avropalı əsgərlərin iştirakı dolayısı ilə istisna edilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR