İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Rusiyaya qarşı 12-ci sanksiya paketini təsdiqlədi: Nələr VAR?

664 18.12.2023 22:41 Dünya A A

Avropa İttifaqı Rusiyaya qarşı 12-ci sanksiyalar paketini təsdiqləyib.

Musavat.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, yeni paket Rusiya iqtisadiyyatının yüksək dəyərli sektorlarını hədəf alır və Aİ sanksiyalarından yan keçməyi çətinləşdirir.

Yeni məhdudiyyətlərə Rusiyada hasil edilən, emal edilən və ya istehsal olunan almazların idxalına qadağa daxildir. Qadağa 2024-cü il yanvarın 1-dən qeyri-sənaye təbii və sintetik brilyantlara və almaz zinət əşyalarına şamil edilir. Avropa Komissiyasının məlumatına görə, almaz idxalına qoyulan qadağadan Rusiyanın itkiləri ildə 4 milyard avro təşkil edəcək.

Həmçinin Rusiyadan mayeləşdirilmiş propan qazı, mis və alüminium məftil və boruların, litium batareyaların, elektrik mühərrikləri üçün termostatların və dronlar üçün servoların idxalına da qadağa qoyulur.

Hazırda Aİ-dən Rusiya vasitəsilə üçüncü ölkələrə ixrac edilən ikili təyinatlı mallara və texnologiyalara şamil edilən tranzit qadağası “döyüş meydanında istifadə oluna biləcək” bütün mallara şamil edilir.

Yeni sanksiyalar paketinə əsasən, İsveçrə Rusiya dəmir və polad idxalına məhdudiyyətlər tətbiq edən tərəfdaş ölkələr siyahısına daxil edilib.
Bundan əlavə, Aİ 140-dan çox fiziki və hüquqi şəxsi qara siyahıya salıb. Onların adları daha sonra Aİ-nin Rəsmi Jurnalında dərc olunacaq.

Məhdudiyyətlərə Rusiya hərbi və müdafiə sənayesinin subyektləri, o cümlədən hərbi sənaye şirkətləri və özəl hərbi şirkətlər, İT sektorunun oyunçuları, eləcə də digər mühüm iqtisadi qurumlar daxildir. Bundan əlavə, tədbirlər Rusiyanın ilhaq etdiyi Ukrayna ərazilərində seçkiləri təşkil edənlərə və ukraynalı uşaqların məcburi "yenidən təhsilinə" cavabdeh olanlara, habelə Rusiyanı dəstəkləmək üçün dezinformasiya yayan şəxslərə qarşı yönəlib. Avropa Komissiyası

Aİ Şurasının bəyanatında qeyd edilir ki, siyahıda 29 şirkət var, onlardan bəziləri üçüncü ölkələrə aiddir və sanksiyalardan yayınmaqda Rusiyaya yardım edir.

Aİ Rusiyada təsis edilmiş şirkətə, Rusiya vətəndaşlarına və ya Rusiyada yaşayan fiziki şəxsə məxsus və ya ona nəzarət edən Aİ-də təsis edilmiş hər hansı bir qurumun Aİ hüdudlarından kənarda maliyyə köçürmələri barədə tənzimləyiciləri xəbərdar etməyi məcbur edib. Bundan əlavə, Aİ Rusiya vətəndaşlarına kriptovalyutalarla bağlı Avropa şirkətlərində yüksək vəzifə tutmağı qadağan edir.

Şura Rusiya neftinə tətbiq olunan qiymət tavanına riayət olunmasını dəstəkləmək üçün daha sərt qaydalar tətbiq edir. Məhdudiyyətlərdən yayınmaq üçün müxtəlif üsullardan istifadə edən gəmiləri və şirkətləri müəyyən etmək üçün məlumat mübadiləsi mexanizmi gücləndiriləcək.
Aİ, həmçinin Rusiya neftinin idxalına qoyulan qadağadan yayınmaq üçün tankerlərin hər hansı üçüncü ölkəyə satılması barədə xəbərdarlıq etməyi məcburi edib.

Eyni zamanda, yeni sanksiyalar paketi gömrük nəzarətinin zəiflədilməsini nəzərdə tutur. Rusların Aİ-yə şəxsi gigiyena vasitələri və geyimləri ilə, habelə diplomatik nömrəli avtomobillərlə daxil olmasına icazə verilir. Rusiyadan Aİ-yə yalnız Avropa vətəndaşlarının şəxsi avtomobilləri ilə getməsinə icazə verilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR