İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Rusiyadan maye qaz alışına sanksiya tətbiq edir

364 20.06.2024 12:55 Dünya A A

Avropa İttifaqı səfirlər səviyyəsində Rusiyaya qarşı 14-cü sanksiyalar paketini razılaşdırıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Avropa Komissiyası prezidentinin katibliyi yayıb.

Məlumatda yeni tədbirlərin mahiyyəti açıqlanmır, sadəcə qeyd edilir ki, onların effektivliyini artırmaq üçün sanksiyalar paketlərində “həm məqsədli məhdudiyyətlər”, həm də “deşiklərin bağlanması” tədbirləri var.

Sanksiya paketi bütün Aİ ölkələrinin nazirləri tərəfindən təsdiqlənməlidir, bundan sonra o, dərc olunaraq qüvvəyə minəcək.

Avropa Komissiyası sənədlə bağlı prosesi Ukrayna və Moldovanın Aİ-yə qəbulu ilə bağlı iyunun 25-nə planlaşdırılan danışıqlar başlamazdan əvvəl yekunlaşdırmağa çalışır.

Bundan əvvəl Brüsselin EUobserver portalı sənəd layihəsinə istinadən bu paketin əsas müddəalarını dərc edib. Aİ, xüsusilə, mayeləşdirilmiş təbii qazın tədarükünə və Rusiyadan helium idxalına məhdudiyyətlər tətbiq etmək niyyətindədir. Layihəyə əsasən, paket neft tankerləri donanmasına qarşı sanksiyaları və “ikili istifadə texnologiyalarına” girişi məhdudlaşdırmağı ehtiva edir.

Aİ həmçinin müğənni Polina Qaqarina da daxil olmaqla 20-dən çox fiziki şəxsi və 22 hüquqi şəxsi qara siyahıya salmaq niyyətindədir. Məhdudiyyətlərə həmçinin Rusiyanın Mis Şirkətinin təsisçisi İqor Altuşkin, Carlsberg Group-un Rusiya aktivlərinin köçürüldüyü “Baltika” pivə istehsalı şirkətinin prezidenti Taimuraz Bolloyev, AEON korporasiyasının təsisçisi Roman Trotsenko və İnternet İnkişaf İnstitutunun (ANO IRI) baş direktoru Aleksey Qoreslavski də daxildir.. Bundan əlavə, siyahıya “müdafiə rəhbərləri, dövlət məmurları və enerji şirkətləri” daxil ediləcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR