İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı missiyasının rəhbəri Laçın yolu istiqamətində hazırlanmış “tamaşa”dan danışdı FOTO

4441 26.07.2023 20:43 Son xəbər A A

Ermənistanın Laçın sərhəd nəzarət qapısından keçirmək istədiyi 19 yük maşınını msşayiət edənlər arasında Avropa İttifaqının emisarları da var. Onlar yüksəkliklərdə qərar tutaraq “humanitar yük”lə dolu karvanı izləyirlər.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

“Laçın dəhlizinə gedən yolda Ermənistandan Artsaxa humanitar yüklərin daşınmasına nəzarət edən Aİ-nin Ermənistandakı monitorinq missiyasının rəhbəri Markus Ritter jurnalistlərə deyib ki, o, şəxsən baş verənləri görmək üçün Kornidzorda olub”-erməni mətbuatı yazır.

Aİ təmsilçisi əlavə edib ki, biz missiyamızın əvvəlindən Ermənistan-Azərbaycan sərhədində, qarşıdurma xətti boyunca patrul xidməti həyata keçirir, sərhəddə vəziyyətə nəzarət edirik.

“Biz münaqişədən zərər çəkmiş yaşayış məntəqələrinə baş çəkirik və burada baş verənlər barədə Brüsselə hesabat veririk və bununla da sülh danışıqlarını və Avropa İttifaqının sülhməramlı səylərini dəstəkləyirik. Laçın dəhlizinə aparan yol bizim məsuliyyətli sahəmizdir və biz bu gün burada nə baş verəcəyini izləyirik”-avropalı “müçahidəçi” daha sonra bildirib.

Şübhə yoxdur ki, Ermənistan bu tamaşanı həm də avropalılara göstərmək üçün hazırlayıb.

Musavat.com

1c3eea1c-5fdb-4438-9b2b-ade1684924e6.jpg (208 KB)

59ce1c83-f383-4825-84df-4c33eab6196d.jpg (41 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR