İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı hava məkanını Türkiyə aviaşirkətinə qapadı - İLGİNC SƏBƏB

3117 30.03.2024 18:52 Son xəbər A A

Avropa İttifaqı Türkiyədə yerləşən “Southwind Airlines” aviaşirkəti üçün hava məkanını bağlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin “Turizm Güncel” sənaye nəşri məlumat yayıb.

Qadağaya səbəb şirkətin Rusiyaya bağlılığıdır.

Rusiya Turoperatorları Assosiasiyasının (ATOR) məlumatına görə, tətbiq edilən məhdudiyyətlər səbəbindən rusiyalı turistlər Şarm Əl-Şeyxdən vaxtında uça bilməyiblər.

Rusiyadan gələn turistlər Misirdən Moskvaya martın 29-da saat 17:30-da “Air Cairo” reysi ilə uçmalı idilər.

ATOR qeyd edir ki, Aİ səlahiyyətliləri bu daşıyıcını “Southwind” ilə əlaqəli hesab edə bilər:

“Finlandiya aviasiya səlahiyyətliləri türk hava daşıyıcısını Rusiya ilə bağlayan ilk ölkə oldu və o, “Southwind”in mülkiyyətinin və faktiki nəzarətinin əsas payının Türkiyədə deyil, Rusiyada olduğu qənaətinə gəldi. Nəticədə ölkə “Southwind”ə Antalya ilə Helsinki arasında uçuşlar üçün icazə verməyib”.

Tezliklə assosiasiya “Southwind Airlines”ın Kalininqraddan Antalyaya uçuş proqramının da ləğv edildiyini bildirdi.

Qeyd edək ki, “Southwind Airlines” 2022-ci ilin aprelində, Rusiya qoşunlarının Ukraynaya genişmiqyaslı işğalının başlamasından qısa müddət sonra yaradılıb. Şirkət Türkiyənin Antalya şəhərində yerləşir.

DW Almaniyanın “Bild” nəşrinə istinadən yazır ki, daşıyıcının hər üç təyyarəsi və işçilərinin əksəriyyəti Rusiyanın “Nordwind” aviaşirkətindən (95,1 faizi “Pegas Touristik” turoperatoruna məxsusdur) qəbul edilib.

27 fevral 2022-ci ildə Avropa İttifaqı hava məkanını Rusiyadan gələn təyyarələr üçün tamamilə bağlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR