İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa “Bayraqdar”ı Qarabağda “qatil”, Ukraynada “Ümid silahı” görür – qərəzin ifşası...  

1601 16.03.2022 20:04 Gündəm A A

Qərb və Avropa dairələrinin, mediasının Azərbaycana və Türkiyəyə münasibətdə qərəzli yanaşmalarının, müxtəlif məsələlərdə ikili standartların zaman-zaman şahidi olmuşuq. İstər siyasi, istər iqtisadi, istər hərbi, Istər demokratiya və insan haqları məsələsində hər fürsətdə Azərbaycan və Türkiyəyə qarşı basqılar etmək üçün bəhanələr axtarılıb.

Bu cür anormal yanaşmaları biz İkinci Qarabağ savaşı zamanı da görürdük. O zaman biz bunu tənqid edəndə deyirdilər ki, guya bu, onların dəyişməz prinsipləridir, sülh, demokratiya anlayışlarıdır və sair. Ancaq indi ortada əlahəzrət faktlar var.
Bu faktlardan sadəcə birini qeyd edək: Almaniyanın "Bild" qəzeti İkinci Qarabağ savaşı zamanı işğalçı düşmənin ordusunu darmadağın edən “Bayraqdar 2” (TB 2) haqqında yazırdı: “Ərdoğanın qatil dronu”...

db713bd9-ee0b-4025-b3d8-b2d961587427.jpg (108 KB)

Hansı ki, o dronlar qatil deyildi, işğalçı Ermənistan ordusunun Azərbaycan torpaqlarından qovulmasında ləyaqətlə iştirak edirdi.
Bəli, dünya “Bayraqdar”ın performanslarına heyran olmuşdu, lakin bu möhtəşəm dron Qarabağda qıy vurduğundan, düşmənə qan uddurduğundan obyektiv mövqe sərgiləyə bilmirdi Azərbaycanın və Türkiyənin bədxahları olan ölkələr.

İndi həmin TB2 Ukraynada da rus ordusuna qarşı istifadə edilir və yenə də böyük işlər görür.

Bayraktar_TB2_Runway.jpg (855 KB)

Təbii, hər bir dövlət istədiyi ölkədən silah, texnika alıb istifadə edə bilər. Bu ayrı bir məsələdir.

Ancaq maraqlı olan “Bild” nəşrinin TB2-yə Ukraynaya münasibətdə yanaşmasıdır. Bir neçə gün öncə eyni nəşr eyni dron haqda yazıb: “Ümidlərin silahı”. TB2-yə hansı ölkədə istifadə olunmasına görə qiymət verilirmiş...

Bəli, bu ikili yanaşmanı ortaya qoyan Avropa mediasıdır. Hansı ki, onlar obyektivlikdən, dürüstlükdən, demokratik dəyərlərdən ağız dolusu danışırlar.
Elə isə niyə özləri eyni qaydalarla davranmırlar? Necə olur ki, TB2 Qarabağda “Ərdoğanın qatili”, Ukraynada “Ümidlərin silahı” olur?! Bu fərqi necə izah edə bilərlər?
Əlbəttə, bircə izahı var: Azərbaycana, Türkiyəyə göstərilən qeyri-sağlam münasibət!
Ədalət istəyən mütləq ona birinci özü əməl etməlidir...

Belə eybəcər yanaşmalar ortaya qoyub, sonra kiçik dövlətlərdən demokratiya, yaxud da bu kimi nəsnələr tələb etmək, tənqidlər səsləndirmək gülünc görünür...

3a711bd8ba59c29ab74f9b80ab2f6621.jpg (85 KB)

Elşad MƏMMƏDLİ,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR