İnsanlara hürriyət, millətlərə istiqlal!

Avetik Çalabyandan ŞOK ETİRAF

1391 15.07.2024 16:24 Region A A

“Kütləvi etirazlarla hakimiyyətə gələn qüvvə opponentlərinin mitinq keçirməsinin qanunvericilik səviyyəsində mümkün qədər çətinləşməsi üçün əlindən gələni edib”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu revanşist “Ayakve” hərəkatının təşəbbüs qrupunun rəhbəri Avetik Çalabyan deyib.

Onun sözlərinə görə, bu məqsədlə Cinayət Məcəlləsinə “mitinqdə iştirakda maddi maraq”a görə cinayət məsuliyyətini nəzərdə tutan əlavələr edilib:

““Maddi maraq” anlayışı çox genişdir. Cinayət Məcəlləsində bu termindən istifadə edən və ya açıqlayan bir maddə yoxdur. “Maddi maraq” anlayışı istənilən şəxsə, o cümlədən heç bir səlahiyyəti olmayan şəxslərə şamil edilir. Üstəlik, bu anlayışa puldan tutmuş bir stəkan suya qədər hər şey daxil ola bilər”, - deyə Çalabyan yerli 24 TV kanalına danışıb.

Onun dediyinə əsasən, ATƏT-in heç bir ölkəsində bu əməl cinayət məsuliyyətini nəzərdə tutmur.

Maraqlıdır ki, bununla Çalabyan etiraz mitinqinə gələnlərin bir qisminin pulla cəlb edildiyini etiraf etmiş olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR