İnsanlara hürriyət, millətlərə istiqlal!

Astarada zəncirvari qəza nəticəsində avtomobil piyadanı vuraraq öldürüb

431 26.12.2022 10:30 Hadisə A A

Astarada 4 avtomobilin iştirakı ilə baş verən zəncirvari qəza nəticəsində avtomobil piyadanı vuraraq öldürüb.

Report xəbər verir ki, Astara rayonunun Kişəjəbə qəsəbə sakini 24 yaşlı Vəfa İbadovanın idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobillə Astara rayonu Siyəkü kəndindən Pensər kənd istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək həmin yolla hərəkət edən VAZ-2199 markalı, VAZ-2107 markalı və digər VAZ-2107 markalı avtomaşınlara dəydikdən sonra yolun hərəkət hissəsinin kənarı ilə piyada hərəkət edən 53 yaşlı Şahağacı kənd sakini Arifə Quliyevanı vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR