İnsanlara hürriyət, millətlərə istiqlal!

Astarada toyda dava düşüb, xəsarət alan var

761 27.03.2022 11:15 Kriminal A A

Astarada toyda dava düşüb, xəsarət alan var.

“Report”un verdiyi xəbərə görə, hadisə ötən gecə Astara şəhərindəki şadlıq evlərindən birində baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü Nəhmətulla Natiq oğlu Səfərli baş nahiyəsindən küt alətlə xəsarət alıb. Məlum olub ki, N.Səfərliyə xəsarət yetirən şəxs bibisi oğludur.

Onların hər ikisinin Lənkəran rayonu, Şıxəkəran kənd sakinləri olduğu və aralarındakı münaqişənin iştirak etdikləri qohum toyunda yenidən qızışdığı bildirilir.

N.Səfərli Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR