İnsanlara hürriyət, millətlərə istiqlal!

Assanjın çətin taleyi – Onun ABŞ-a ekstradisiyası baş tuta bilər

487 21.02.2024 11:43 Dünya A A

Dünən London Ali Məhkəməsində WikiLeaks portalının qurucusu Culian Assanjın ABŞ-a ekstradisiyası ilə bağlı iki günlük dinləmələr başlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, hakimlər dünya şöhrətli haker və jurnalistin Britaniyanın keçmiş daxili işlər naziri Priti Patelin qərarına qarşı əlavə apellyasiya şikayəti vermək hüququna malik olmadığını müəyyən edərsə, o, yaxın vaxtlarda ABŞ-a göndərilə bilər.

ABŞ ədliyyəsi artıq Assanja qarşı ittihamlar irəli sürüb və onun ekstradisiyasını gözləyirr ki, məhkəmə prosesinə start versin. İttihamlara görə Assanjı üç rəqəmli (100+) həbs cəzası gözləyir.

Dünən Assanjın tərəfdarları ona dəstək nümayiş etdirmək üçün məhkəmə binası qarşısında toplaşıblar. Onların arasında Culianın həbsdə olarkən nişanlandığı həyat yoldaşı Stella Assanj da var.

“Onun səhhəti həm ruhi, həm də fiziki cəhətdən pisləşir. Onun həyatı həbsdə olduğu hər gün risk altındadır və ekstradisiya olunarsa, öləcək”, - Stella məhkəmədən əvvəl jurnalistlərə bildirib.

Assanjın vəkili Cennifer Robinson jurnalistlərə deyib ki, bütün dünyada müstəqil jurnalistlərin statusu işin nəticəsindən asılıdır.

Müdafiə tərəfinin mövqeyi uzun müddətdir ki, depressiya və autizmdən əziyyət çəkən Assanjın ABŞ-ın penitensiar sistemində yaşaya bilməyəcəyini və intihar edəcəyini iddia edərək, ekstradisiyadan yayınmağa əsaslanır. Bildirilir ki, Londondakı Ekvador səfirliyində olarkən müttəhim D vitamini çatışmazlığından əziyyət çəkirdi.

Xatırladaq ki, İsveç ilkin olaraq 2010-cu ildə cinsi xarakterli cinayətlər ittihamı əsasında Assanjın ekstradisiyasını tələb etmişdi. Jurnalist Stokholmun sonda onu Vaşinqtona təhvil verəcəyindən ehtiyat edirdi. Sonra İsveç prokurorlarının ittihamları üzrə məhdudiyyət müddəti başa çatdı, lakin bundan bir qədər əvvəl, 2019-cu ildə ABŞ səlahiyyətliləri onu məxfi məlumatların açıqlanması da daxil olmaqla 18 cinayət qanununun pozulmasında və “Casusluq aktı” ilə ittiham etdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR