"Mən həmişə demişəm: Ermənistan Andromeda qalaktikasına yaxınlaşa bilər, amma Avropa İttifaqına üzv ola bilməz".
Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın keçmiş təhsil naziri, Serj Sərkisyanın yaxın adamı Armen Aşotyan danışıb.
"Hesab edirəm ki, Aİ-nin əsl dostlarının erməni xalqına həqiqəti söyləməsinin vaxtı çatıb. Təəssüf ki, ya da elə xoşbəxtlikdən Ermənistan heç vaxt Aİ-nin bir hissəsi olmayacaq və bu, qlobal geosiyasi həqiqətdir. Ermənilər Brüsseldə, Parisdə, Berlində qalsalar, xalqın dostlarına "Əziz insanlar, bizi sevdiyiniz üçün çox şadıq, ancaq sizinlə heç vaxt evlənməyəcəyik" deməyə borcludurlar", - deyə erməni siyasətçi qeyd edib.
Musavat.com