İnsanlara hürriyət, millətlərə istiqlal!

AŞ PA-dan Azərbaycana qarşı böhtan - qətnamə

1309 24.06.2023 08:38 Siyasət A A

Sessiyada iştirak edən hüquq müdafiəçisi: “AŞ PA məruzəçisinin hazırladığı sənəd qərəzli və siyasi sifarişlidir...”

İyunun 22-də Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının yay sessiyası çərçivəsində “Laçın koridorunda azad və təhlükəsiz keçidin təmin olunması” başlıqlı müzakirələr baş tutub. Ermənistan tərəfinin təşəbbüsü ilə keçirilən müzakirələrdə AŞ PA üzvü olan irlandiyalı deputat Paul Gavanın hazırladığı qətnamə dinlənilib.

Qərəzli və iftira xarakterli məlumatlarla dolu bu qətnamədə “Laçın koridorunda gediş-gəlişin məhdudlaşdırıldığı və Qarabağdakı erməni sakinlərin həyatlarına təhlükə olduğu” barədə həqiqətə uyğun olmayan iddialar öz əksini tapıb.

AŞ PA-da Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov və digər üzvləri bu müzakirələrdə əks arqumentlərlə çıxış edərək, hazırlanan qətnamədə əksini tapan məqamlara dair fikirlərini ifadə ediblər. Səməd Seyidov tutarlı arqumentlərlə qətnamə layihəsinin tamamilə absurd olduğunu sübut etsə də məsələ səsverməyə qoyulub və qətnamə qəbul edilib. AŞ PA növbəti dəfə Ermənistanın uydurmaları əsasında hazırlanan qətnaməni qəbul etməklə qərəzli mövqe ortaya qoyub.

Rəqiblərimə nəzərən mən daha şanslı namizədəm" - Əhməd Şahidov | Eurasia  Diary

Əhməd Şahidov 

AŞ PA-nın yay sessiyasında yaxından iştirak edən hüquq müdafiəçisi Əhməd Şahidov AŞ PA məruzəçisinin hazırladığı bu qətnamənin qərəzli və siyasi sifarişli sənəd olduğunu bildirib və siyasi məqsədlə hazırlanan bu sənədin Azərbaycan-Ermənistan arasında davam edən sülh prosesinə mane olduğunu deyib: “Azərbaycan mətbuatına baxıram, sosial şəbəkələrə göz gəzdirirəm neçə gündür - hamı Gədəbəydəki etiraz aksiyasından yazır, kimisi polisi müdafiə edir, kimisi etirazçıları, sonra bir-birini təhqir edirlər - ölkə gündəmi bu mövzudur qısası... Halbuki AŞ PA-da Azərbaycan əleyhinə bir qətnamə qəbul olunub. Qulağa adi gələ bilər - "əşi, qətnamədir də" deyib keçə bilərsiz, amma hər bir halda Ermənistanın istəyinin yerinə yetirilməsi zərərimizədir.

Laçın koridoru məsələsi bizim üçün “qırmızı xətt”dir, neçə aydır, Laçın yolunda etiraz aksiyaları keçirdik, Azərbaycan Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurdu, bütün dünyaya haqlı mövqeyimizi çatdırmağa çalışırıq neçə ildir. Amma bu gün (dünən - red.) Strasburqda AŞ PA üzvü olan ölkələrin böyük əksəriyyəti bizə yox, ermənilərə inandılar və qətnamə qəbul olundu. Bu, o deməkdir ki, Azərbaycan xarici siyasətdə 1 xal itirdi.

Şübhəsiz ki, bu qətnamə absurd iddialar əsasında hazırlanmış qərəzli sənəddir. Lakin biz dövlət olaraq bütün imkanlarımızı səfərbər etməliyik ki, diplomatik savaşda zərərimizə bu cür hallar baş verməsin. Məsələ müzakirəyə çıxarılan zaman AŞ PA qarşısında heç olmasa 100 nəfər azərbaycanlı şüarlar səsləndirməli idi. Bunu oradakı diasporumuz etməli idi".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR