İnsanlara hürriyət, millətlərə istiqlal!

Arvadının telefon zənglərini dinlədi və... - ŞOK CİNAYƏT

1728 01.03.2024 13:25 Dünya A A

ABŞ-ın Hyuston şəhərində yaşayan və evdən işləyərkən arvadının iş söhbətlərini dinləməklə 1,76 milyon dollar qanunsuz gəlir əldə edən kişi “daxili məlumatların sızması” ittihamını qəbul edib.

Musavat.com "Business Insider"ə istinadən xəbər verir ki, 42 yaşlı Tayler Loudon TravelCenters of America-nın neft nəhəngi BP tərəfindən 1,3 milyard dollara alınmasından bir qədər əvvəl minlərlə səhm alıb.

Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) şikayətində deyilir ki, BP-nin rəhbər işçisi ilə evli olan Loudon sövdələşmə elan edilməzdən əvvəl planlaşdırılmış satınalma ilə bağlı söhbətləri eşidib və yoldaşının xəbəri olmadan TravelCenters-in 46.450 səhmini alıb.

Enerji mühəndisi olan kişi arvadının alışla bağlı telefon zənglərinə qulaq asıb.

SEC qeyd edib ki, alış rəsmi elan edildikdən sonra səhm qiyməti təxminən 71 faiz artıb və Loudon aldığı bütün səhmləri mənfəətlə satıb. Loudonu daxili məlumatları sızdırmaqda günahlandıran qurumun şikayət ərizəsində vurğulanıb ki, o, məxfi olduğunu bildiyi məlumatlardan qazanc əldə etmək məqsədilə uzaqdan iş şəraitindən və həyat yoldaşının ona olan etibarından sui-istifadə edib.

Loudon daha sonra hər şeyi həyat yoldaşına etiraf edib. Qadın - BP-də satınalmalar üzrə menecer Loudonun etirafı barədə öz müdirlərinə məlumat verib və sonradan işdən çıxarılıb. Bildirilir ki, qadın evdən köçüb və boşanma prosesinə başlayıb.

“İnsayder ticarəti və qiymətli kağızlarla fırıldaqçılıq”da təqsirli bilinən Loudon iddiaları inkar etməyib və qazandığı pulu qaytarmağa razılaşıb. Məhkəmə, həmçinin Loudonu cərimə ödəməyə məcbur edib. Lakin o, hələ də bəzi ittihamlarla üzləşir və günahı sübuta yetirilərsə, onu 5 ilə qədər həbs cəzası gözləyir. Bundan əlavə, qərar enerji mühəndisi olan Loudonun bəzi yüksək vəzifəli şirkətlərdə işləməsini qadağan edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR