İnsanlara hürriyət, millətlərə istiqlal!

Arvadını güllələyib intihar edən kişi onu izləyirmiş VİDEO TƏFƏRRÜAT

2003 06.04.2022 21:41 Kriminal A A

Bakıda kişinin arvadını öldürdükdən sonra bəzi faktlar üzə çıxıb.

Musavat.com xəbər verir ki, APA TV hadisə baş verən ərazidə olub, qətlin təfərrüatlarını öyrənməyə çalışıb.

Ərazidə yaşayan sakinlərin sözlərinə görə, Rasim Xəlilov keçmiş hərbçi olub. Həmçinin onların azyaşlı övladları da olub.

Qonşular deyir ki, bir müddət əvvəl ailədaxili problemlər səbəbindən onlar boşanıblar. Onların bir azyaşlı övladı var. Lakin Rasim Xəlilov özündən 19 yaş kiçik olan Misli ilə münaqişəli vəziyyəti davam etdirib və onu izləməyə başlayıb. Bu gün isə qadını güllələyərək öldürüb.

Qətlə yetirilən Misli Xəlilovanın ailəsinin yaşadığı ünvana yollanıb hadisənin təfərrüatlarını onlardan öyrənmək istədik. Lakin qapını açan atası müsahibə vermək istəmədiyini bildirdi.

Qeyd edək ki, hadisə ilə bağlı Baş Prokurorluq da məlumat yayıb.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR