İnsanlara hürriyət, millətlərə istiqlal!

Artur Xaçikyan: "Ermənistanda əsl narkotik epidemiyası hökm sürür"

435 18.05.2023 19:24 Region A A

Ermənistanda narkotik epidemiyası baş alıb gedir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu gün jurnalistlərə müsahibəsində Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan bu sözləri deyib.

“Məktəblərdə, universitetlərdə narkotik paylanır, hətta bəzi məlumatlar var ki, narkotik orduda, azyaşlılar arasında geniş yayılıb. Bu, böyük bir fəlakətdir. Bilirəm ki, bəzi tədbirlər görülür, hüquq-mühafizə orqanları müəyyən mübarizə aparır, lakin bu, daha intensiv olmalıdır”, – deyə Artur Xaçikyan bildirib.

Xaçikyanın sözlərinə görə, erməni gəncləri məhv edilir, cəmiyyət sözün əsl mənasında yuxuya verilir.

Erməni politoloqun bildirdiyinə əsasən, qonşu Gürcüstanda da narkotiklə bağlı dəhşətli vəziyyət yaranıb.

“Ermənistanda narkotiklərdən istifadə halları təxminən 95% artıb. Narkotik satan müxtəlif Telegram kanalları belə mövcuddur”,-deyə erməni ekspert söyləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR