İnsanlara hürriyət, millətlərə istiqlal!

Armenia Today: "KTMT-nin Ermənistana təklif etdiyi yardım təkcə missiya göndərməkdən ibarət deyil"

642 21.04.2023 21:12 Region A A

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistana yardımla bağlı sənəd layihəsində təkcə onun Azərbaycanla sərhədinə müşahidə missiyasının göndərilməsi nəzərdə tutulmayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Armenia Today” məlumat yayıb.

KTMT katibliyindən saytın sorğusuna cavab olaraq verilən məlumata görə, təşkilat layihədə başqa şərtlərin də olduğunu bildirib. Lakin KTMT sənədin qapalı xarakterinə istinad edərək, konkret hansı variantların yer aldığını və onların arasında hərbi-texniki yardımın olub-olmadığını açıqlamayıb.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ötən gün müsahibələrinin birində KTMT-nin təklifinin əsasən Ermənistana müşahidəçilərin göndərilməsi ilə bağlı olduğunu və hərbi-texniki yardımı nəzərdə tutmadığını söyləmişdi.

İddialara görə, söhbət missiya çərçivəsində hər KTMT ölkəsindən bir polkovnikin təyin olunmasından gedib.

Lakin rəsmi İrəvan yardımı qəbul etməzdən əvvəl KTMT-dən Azərbaycana qarşı mövqe bildirməsini istəyir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR