İnsanlara hürriyət, millətlərə istiqlal!

Armen Aşotyan: “Nikolun səyləri sayəsində Ermənistan geosiyasi tələyə düşüb”

682 16.02.2024 14:44 Region A A



Paşinyanın uğursuz və avantürist planlarına görə Ermənistan heç vaxt indiki qədər Rusiyadan asılı olmayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın keçmiş təhsil naziri, hazırda Nubaraşen cəzaçəkmə müəssisəsində cəzasını çəkən Armen Aşotyan yazıb.

Aşotyanın yazısında deyilir:

“Keyfiyyətsiz manipulyasiyalar, açıq yalanlar, daxili və xarici auditoriyaya yönəlmiş açıq-saçıq saxtakarlıq Ermənistanın bu gün nə qədər müdafiəsiz olduğunu, Paşinyanın daxili və xarici siyasətinin nə qədər dağıdıcı olduğunu göstərir.

Nerkin Xanda baş verənlər heç bir xarici faktorun, təhlükəsizlik mexanizminin xeyrimizə işləmədiyi bir vaxtda Ermənistanın aşkar müdafiəsizliyini üzə çıxardı.

KTMT və Rusiya ilə təhlükəsizlik münasibətləri yalnız de-yure formatda aparılır, başqa sözlə, onlar sırf formal xarakter daşıyır. Qərbdən gözlənilən dəstək isə ən yaxşı halda növbəti boş narahatlıq, çağırış və təəssüf ritorikasında özünü büruzə verdi.

Yəni rejimin təbliğ etdiyi təhlükəsizlik sektorunun şaxələndirilməsi ilə bağlı tezis köpüyüdür, geosiyasi yalandır. Aİ-nin heç bir müşahidə missiyası, ABŞ və ya Böyük Britaniya ilə heç bir strateji tərəfdaşlığı, heç bir fransız silahı - Paşinyanın bizə “nailiyyət və təminat” kimi təqdim etdiyi heç bir amil Azərbaycanın növbəti ölümcül hücumunun qarşısını ala bilməyib və ya qarşısını almayacaq.

Bəli, Qərb qismən Azərbaycana qəzəblidir, ancaq o, yalnız sözdə və öz maraqlarından çıxış edir.

Nəticədə, Moskva Ermənistana “İstədiyiniz bu  idi?”,  Brüssel və Vaşinqton isə “sizə bundan artıq heç nə edə bilmərik” kimi üzlərlə baxırlar. Erməni xalqı isə təkcə öz övladlarını deyil, həm də ləyaqətini, gələcəyini dəfn edir. Yəni mahiyyət etibarı ilə biz Rusiyanın dəstəyini tamamilə itiririk və Qərbdən kifayət qədər yardım almırıq.

Bu, xarici siyasətin “şaxələndirilməsi” deyil, tam uğursuzluq, iflas, çöküşdür".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR