İnsanlara hürriyət, millətlərə istiqlal!

Arif Rəhimoğlu İsveçdə dəfn olundu

3395 14.04.2022 17:12 Gündəm A A

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə xalq hərəkatının tanınmış isimlərindən Arif Rəhimoğlu uzun sürən ağır xəstəlikdən sonra İsveçdə vəfat edib.

Mərhumun özünün vəsiyyətinə və əzizlərinin iradəsinə uyğun olaraq nəşi İsveçdə torpağa tapşırılıb. Dəfndə Azərbaycandan gedən keçmiş hərəkatçılar – Müsavat partiyasının sabiq sədri İsa Qəmbər və keçmiş deputat Arzu Sənədbəyli də iştirak ediblər. Dəfn zamanı çıxış edən İsa Qəmbər mərhum hərəkat silahdaşı Arfi Rəhimoğlunun vaxtsız vəfatından təəssüfləndiklərini bildirib və mərhumun necə bir dəyərli vətən övladı olmasından danışıb. Mərhumun məzarına Azərbaycandan aparılmış vətən torpağı səpilib.

Xatırladaq ki, ömrünün son illərini İsveçin Yöteburq şəhərində keçirən Arif Rəhimoğlu vaxtilə eks-prezident Əbülfəz Elçibəyin rəhbərlik etdiyi Bütöv Azərbaycan Birli təşkilatının sədr müavini olub. O, İsveçdə yaşadığı illərdə əsasən elmi yaradıcılıqla, ictimai fəaliyyətlə məşğul olub və heç zaman ana vətəni ilə ünsiyyəti kəsməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR