İnsanlara hürriyət, millətlərə istiqlal!

Argentinalı futbolçulara veriləcək bonus mükafat bəlli oldu

1744 19.12.2022 13:04 İdman A A

Argentina Futbol Federasiyası çempionluğa görə futbolçularına adambaşına 1 milyon 300 min avro paylayıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, FİFA çempion komandanı təxminən 41 milyon avro məbləğində pul mükafatı ilə təltif edib.

Xəbərlərə görə Argentinanın finala qədər olan epizoddan 30 milyon dollar qazandığı və çempionluq mükafatı olaraq daha 12 milyon dollar alacağı bildirilib.

Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) prezidenti Alejandro Dominqes sosial media hesabında çempionluq mükafatı olaraq 10 milyon dollar ödəniləcəyini açıqlayıb. Beləliklə, Argentina ümumilikdə 52 milyon dollar mükafat alıb.

Bundan əlavə, 2022-ci il dünya çempionatında iştirak edən hər bir ölkənin 2 milyon dollar qazandığı bildirilib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR