İnsanlara hürriyət, millətlərə istiqlal!

Argentina hakimiyyəti izdiham səbəbindən milli komandanı helikopterlə təxliyə edib

725 21.12.2022 02:42 İdman A A

Argentina hakimiyyəti dünya çempionluğunun qeyd edilməsi mərasimində azarkeş izdihamı yaranması səbəbindən milli komandanın futbolçularını helikopterlə təxliyə edib.

“Report” yerli TN telekanalına istinadən xəbər verir ki, Argentina millisini daşıyan avtobus Buenos-Ayresin mərkəzinə qədər təxminən 17 kilometr yol qət etməli olub.

Lakin çox sayda insan olduğundan, çox yavaş hərəkət edib. Şəhərə axın edən insan sayı artıq 5 milyona çatıb.

Qeyd edək ki, Qətərdə keçirilən DÇ-2022-nin finalında Fransa yığmasını məğlub edən Argentina yığması tarixində 3-cü dəfə kuboku qazanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR