İnsanlara hürriyət, millətlərə istiqlal!

Arda Turan illər sonra etiraf etdi: “O günlər üçün çox darıxıram” - FOTO

1142 29.02.2024 20:55 İdman A A

Karyerasında “Qalatasaray”, “Atletiko Madrid”, “Barselona”, “Başakşəhər” kimi komandalarda çıxış edən və hazırda “Eyüpspor”un baş məşqçisi olan bir sıra açıqlamalar verib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, AVRO 2024 öncəsi, AVRO 2008-in yarımfinallarından danışan Turan o günlər üçün çox darıxdığını deyib:

“O vaxt dərk etməmişdim, amma çox darıxıram. Deyə bilərik ki, AVRO 2008 çox yaxşı oynadığım, nümayiş etdirildiyim və beynəlxalq səviyyədə bəzi şeylərə nail ola biləcəyimə inandığım ilk platforma idi. Həmin turnirə gedəndə 21 yaşım var idi.

Tuncay Şanlı, Emre Belözoğlu, Tümer Metin, Nihat Kahveci, Hamit Altıntop, Rüştü Reçber komandada idi... Çox vacib oyunçular var idi. Biz bir-birimizə inanan, yaxşı dost olan, düzgün iş görən bir komanda idik.

O komanda üçün çox darıxıram, Heç vaxt təslim olmadılar. Uduzanda bir-birini qınamadılar. O gün bunu başa düşmədik, amma indi görürəm ki, nə qədər tarixi və böyük uğur qazandıq".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR