İnsanlara hürriyət, millətlərə istiqlal!

Arazdəyəndə metallurgiya zavodu yenidən GÜNDƏMDƏ

675 31.10.2023 16:41 Son xəbər A A

Sərmayəçilər Arazdəyəndə (ermənilər Yersx deyir - red.) metallurgiya zavodunun tikintisini Azərbaycanla sərhəddən bir qədər uzaqlaşdırmaq qərarına gəliblər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan bildirib.

“Köçürülmə və tikinti prosesi davam edir, zavod köhnə ərazinin yaxınlığında tikilir”, - deyə, o qeyd edib.

Qeyd edək ki, Arazdəyəndə metallurgiya zavodu Ermənistan və ABŞ-dan olan iş adamları tərəfindən tikilir, ümumi sərmayə 70 milyon dollardır. Zavodun tikintisinə təxminən 6 ay əvvəl başlanılıb, ilin sonunadək onun başa çatdırılması planlaşdırılırdı.

Rəsmi Bakı dəfələrlə ekoloji fəlakətə səbəb ola biləcək həmin zavodun tikintisinin dayandırılması tələbi ilə İrəvana rəsmi müraciət edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR