İnsanlara hürriyət, millətlərə istiqlal!

Araşdırma: Kola, çips və fast-fud kokain qədər asılılıq yaradır

442 01.03.2024 13:00 Dünya A A

Bəzi ultra emal olunmuş qidalar siqaret və kokain kimi asılılıq yaradır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, elm adamları şəkər, süni dadlandırıcılar, aşqarlar və ləzzətlər əlavə edilmiş sənaye üsulu ilə işlənmiş qidaların niyə bu qədər populyar və yüksək dərəcədə asılılıq yaratdığını araşdırır.

Söhbət şirin qazlı içkilərdən, dənli bitkilərdən hazırlanan səhər yeməklərindən, çipslərdən, şokoladdan, fast-fudlardan və normada istehlakı çətin olan digər qidalardan gedir.

“The BMJ”-də dərc olunan araşdırmaya görə, elm adamları zərif karbohidratların və ya yağların birlikdə istehlak edilən nikotin və spirtlə eyni hüceyrədənkənar dopamin ifrazına səbəb olduğunu bildirirlər.

Təbii və ya minimal işlənmiş qidalarda karbohidratlar və yağlar olsa da, nadir hallarda onlar böyük miqdarda olur.

Ultra emal olunmuş qida asılılığı nəzəriyyəsinin tənqidçiləri təkid edirlər ki, qidada xüsusi asılılıq yaradan kimyəvi maddələr tapılmayıb, ona görə də onu, məsələn, nikotin olan tütün məhsulları ilə müqayisə etmək olmaz. Bu isə artıq “heç kəs ayranına turş deməz” hadisəsidir. Fakt odur ki, milyonlarla insan yuxarıda adları çəkilən qida məhsullarından asılılıqdadır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR