İnsanlara hürriyət, millətlərə istiqlal!

Araikin istefasında Rusiya-Fransa izi-Tofiq Zülfüqarov Qarabağdakı vəziyyəti şərh etdi  

1348 31.08.2023 16:05 Siyasət A A

 

“Bölgədə siyasi böhran yaşanır. Bəzi erməni məmurlar bu şəraitdə köhnə siyasəti davam etdirmək istəyirlər. Onların bu siyasəti davam etməyə imkanları çox məhduddur. Hərçənd, absurd çağırışlar edirlər, insanları “acından ölməyə” səsləyirlər”.

Bu fikirləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Musavat.com-a Araik Arutyunyanın istefasını şərh edərkən bildirib. Diplomat  hesab edir ki, böhran bir çox məqama aydınlıq gətirdi:

“Araik özü də etiraf edib ki, üç çıxış yolu var: Azərbaycanın tərkib hissəsi olmaq; silahlı mübarizəyə başlamaq; Qarabağı tamamilə tərk etmək. “Hakimiyyətə” kimin gəlməsindən asılı olmayaraq, onlar Ermənistanın proksiləridir.  Ermənilər arasında fikir ayrılığının yaranacağı istisna deyil. Onların arasında Azərbaycanla əlaqələri qurmaq, inteqrasiyaya qoşulmağı dəstəkləyən sağlam düşüncəli qrup yaranacaq. Bəllidir ki, hərbi xunta buna təzyiq edəcək. Qarşıdurmaya gətirib çıxaracaq vəziyyət də yarana bilər. Bu məqamda Azərbaycanın sağlam qüvvələrə dəstək verməsini istisna etmirəm. Əsas proses ondan ibarətdir ki, vaxtilə “Miatsum” layihəsindən uzaqlaşıb reallığı əks etdirən mövqe formalaşmalıdır. Proses xeyrimizə davam edir”. 

T. Zülfüqarovun fikrincə, Vardanyan Kremlin layihəsi olsa da, o yeni konsepsiya həyata keçirmək istəyir: “Rusiyanın sülhməramlı kontingentinin beynəlxalq mandat alması üçün iş gedir. Fransanın bu məsələdə həvəsli olduğu hiss olunur. Onlar başa düşürlər ki, bölgəyə gəlib, burada qalmaq istəyirlərsə, rusların infrastrukturunu istifadə etməyə məcburdurlar. Vardanyanın bu istiqamətdə fəaliyyəti mövcuddur. Biz başa düşməliyik ki, Makron da daxil, siyasi elita bu istiqamətdə çalışır. Rusiya-Fransa yaxınlaşmasının qarşısını almalıyıq. Əminəm ki, buna qarşı çıxanlar da çox olacaq. ABŞ, Böyük Britaniya, hətta Çin də buna qarşı çıxacaq. Fransanın təklif  etdiyi yol ondan ibarətdir ki, Rusiyada böhran davam etsə, bölgədən çıxsa, onları əvəz edən Türkiyə yox, Fransa yaxud Fransanın təsiri altında olan ölkə olsun. Vardanyan da bu məqsədə xidmət edir çünki onun sərvətinin mənbəyi çirkli pullardır. Onun partnyorları Rusiya elitası idi. Bu “fəaliyyətdə” ona həmçinin, satılmış Avropa siyasətçiləri idi-Lixtenşteyn, Lüksemburq dəstək verib. Odur ki, bu təhlükəni gözardı etmək olmaz”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR