İnsanlara hürriyət, millətlərə istiqlal!

Araik “şuranı” topladı: Ağdam yolu müzakirə edilir

1550 22.08.2023 12:08 Siyasət A A

Azərbaycanın rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında olan Xankəndi şəhərindəki separatçıbaşı Araik Arutyunyan bu gün saat 11:00-da “təhlükəsizlik şurasının” genişləndirilmiş iclasını çağırıb.

 Bu barədə erməni mediası öz mənbələrinə istinadla məlumat yayıb.

Bildirilib ki, əsas müzakirə mövzusu Ağdam-Xankəndi yolunun açılmasıdır.

İddiaya görə, iclasa “parlament fraksiyaları, keçmiş prezidentlər (Bako Saakyan və Arkadi Qukasyan nəzərdə tutulur – red.), eləcə də “milis qüvvələrinin” rəhbəri Karen Matevosyan dəvət edilib.

“Parlament qüvvələri” və keçmiş separatçıbaşılar görüşdən imtina ediblər.

Qeyd edək ki, Karen Matevosyan öz “milis dəstəsi” ilə “parlamenti” nəzarətə götürüb. Azərbaycan Baş Prokurorluğu artıq onun barəsində cinayət işi açıb.//Axar.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR