İnsanlara hürriyət, millətlərə istiqlal!

Araik Arutunyan GÜZƏŞTƏ hazırlaşır: yaxın saatlarda elan edəcək – Kamran Həsənli CANLIda

767 03.08.2023 15:55 Gündəm A A

Qarabağdakı qanunsuz silahlı birləşmələrin rəhbəri, separatçı Araik Arutyunyan Azərbaycanla inteqrasiyanın üzdə əleyhinə olsa da, onun gizli tərəfdarlarından biridir.

Bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb. “Arutyunyan reallığı təqdim edərək və mötərizələr açaraq, “artsax” teleşirkətinə eksklüziv müsahibə verəcəyini açıqlayıb. Bəziləri hesab edir ki, bu bəyanat və son addımları Arutyunyanın Azərbaycanla dialoqda bəzi məsələlərdə güzəştə getməyə hazır olduğunu göstərir. Artıq Rusiyanın dəstəyinə heç bir ümidləri olmadığı üçün başa düşürlər ki, Qarabağda qalan ermənilərlə nə edəcəkləri ilə bağlı kollektiv qərar verməlidirlər”, - məlumatda deyilib.

Qeyd olunur ki, separatçılar yaxın gələcəkdə bu istiqamətdə müzakirə və qərar verəcək başqa bir “qurum” yaradacaqlar.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 16.00-da aparıcı Kamran Həsənlinin təqdimatındakı Kamranla 1 verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR