İnsanlara hürriyət, millətlərə istiqlal!

Araik AÇIQLADI: Yol açılır, Azərbaycan işıq və qaz çəkir! – separatçılar TOQQUŞDU CANLIda

1294 23.08.2023 11:23 Son xəbər A A

Qarabağdakı separatçıların başçısı Araik Arutyunyan ötən gün “təhlükəsizlik şurası”nın iclasında Ağdam-Xankəndi yolunun açılacağını bildirib. Bu barədə “Joxovurd” qəzeti yazıb. İclasda həmçinin keçmiş “tş katibi” Samvel Babayan da iştirak edib. Separatçıların başçısı məsələni müzakirəyə çıxarmayıb və bunu fakt olaraq ortaya qoyub.

Araik bildirib ki, bu yol vasitəsilə tikinti materialları, dizel yanacağı, dərman və s. ticarəti olacaq, ərzaq məhsulları isə Laçın yolundan sülhməramlıların köməyi ilə daşınacaq. Ancaq bu, Laçın yolunda hərəkətin tam bərpası anlamına gəlməyəcək, Qarabağdakı sakinlərin hərəkəti məhdud olacaq.

Məlumata görə, Arutyunyan deyib ki, növbəti mərhələdə qaz və elektrik enerjisinin Azərbaycan tərəfindən təchizi məsələsi müzakirə olunacaq.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində AXP sədri Pənah Hüseynlə YAP-çı deputat Elman Nəsirovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR