İnsanlara hürriyət, millətlərə istiqlal!

Aparıcı şagirdləri polislə hədələyən məktəblərə SƏSLƏNDİ - Pul yığdığınız kimi dərs də keçsəydiniz... - VİDEO

1025 13.05.2024 01:46 Ölkə A A

Aparıcı Sevinc Telmanqızının təqdimatında TV Müsavat-ın canlı efirində "SƏHƏR XƏBƏR" verilişi təqdim olunub.

Musavat.com xəbər verir ki, Sevinc Telmanqızı verilişdə məktəblərlə bağlı danışıb. O, qeyd edib ki, may ayıdır, havalar istidir və şagirdlər məktəbə getmək istəmirlər. Valideyinlərə isə məlumat gəlir ki, sizin uşağınız məktəbə gəlmir, bu, davam edərsə, polisə müraciət olunacaq. 

Aparıcı həmin məktəbləri sərt tənqid edib. "Əgər bir məktəb dərs vermirsə, onun uşaqları zorla məktəbə gətirmək kimi bir hüququ olmamalıdır. Əgər uşaq dərsdən kursa, evə, hazırlığa qaçırsa, sən o şagirdi bir sinifdə cəmləşdirə, təhsil verə bilmirsənsə şagirdi və valideyini necə polislə təhdid edə bilərsən?" - Sevinc Telmanqızı qeyd edib. 

Ətraflı videoda:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR