İnsanlara hürriyət, millətlərə istiqlal!

Antiterror tədbirlərindən sonra aparıcı dövlətlərin mövqeyi belə dəyişdi - RƏY

2086 27.09.2023 19:59 Siyasət A A

"Ötən ilin oktyabr, bu ilin may ayında Brüsseldə iki lider arasında münasibətlərin bərpasının əsas prinsipi qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınması idi. Bu, çox ciddi razılaşma idi. Paşinyan da Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu bildirmişdi. Azərbaycan bunu danışıqlar prosesində irəliləyiş kimi dəyərləndirmişdi".

Bu fikirləri Musavat.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Mətin Məmmədli Aİ-nin son açıqlamasını şərh edərkən bildirib.

metin.jpg (38 KB)

Politoloq vurğulayıb ki, 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqaz regionunda yeni reallıqlar yarandı: "Dünya birliyi Azərbaycanın ərazi bütövlüyü ilə bağlı birmənalı mövqe nümayiş etdirməyə başlayıb. Önəmli aktorlar - Aİ, ABŞ və Rusiyanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyi aydın nəzərə çarpır. Xüsusilə, Aİ-nin vasitəçiliyi ilə həyata keçirilən danışıqlarda bunun şahidi olduq".

Ekspert qeyd edib ki, antiterror əməliyyatlarından sonra bu reallıq daha da güclənib: "Dünya birliyi tərəfindən də qəbul edildi ki, qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasının alternativi yoxdur. Azərbaycanın ərazi bütövlüyünə birmənalı verilən qiymət iki ölkə münasibətlərinin bərpasının təməl prinsipi ola bilər. Bütövlükdə, davamlı sülhün əsas açar məsələsi olan ərazi bütövlüyü ilə bağlı fikir ayrılığının olmaması təqdirəlayiqdir. Aparıcı dövlətlər Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə qəbul edir. Bu, Azərbaycan və Ermənistan arasında danışıqlar prosesinə əhəmiyyətli amil kimi təsir göstərəcək".

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR