İnsanlara hürriyət, millətlərə istiqlal!

Antisülh dairələrin pozulan planları və... -Azərbaycanlı polkovnikdən AÇIQLAMA

1413 26.05.2022 09:10 Gündəm A A

Azərbaycan Ordusunun Türkiyə Ordusu modelinə keçməsi türk düşmənlərini nə üçün narahat edir?

Azərbaycan və Türkiyə dəfələrlə bəyan edib ki, onların müttəfiqliyinin dərinləşməsi, həmçinin birgə hərbi təlimləri həm də regionda sülhə xidmət edir. Bu təlimlər Güney Qafqazda sülhyaratma missiyasının əsas tərkib hissələrindəndir. Güney Qafqaz neçə illər separatizmdən, münaqişələrdən əziyyət çəkib, inkişafdan qalıb.

Bu bölgəyə sülhün gəlməsi əslində Ermənistanın da xeyrinədir. Amma bu ölkədəki şovinist dairələr Türkiyə-Azərbaycan yaxınlaşmasından, birgə hərbi təlimlərdən narahat olurlar. Anlayırlar ki, Türkiyənin Güney Qafqazda möhkəmlənməsi, Azərbaycanla strateji müttəfiqliyi Ermənistandakı şovinist, separatçı dairələrin əl-qolunu bağlayacaq. Onlar hər zaman sülhə, sabitliyə güllə sıxıb, ortalığı qarışdırıb. Təkcə Azərbaycana yox, öz ölkələrinə də ciddi problemlər yaradıblar. Türkiyənin bu bölgəyə gəlməsi hər zaman sülh, sabitlik yaradıb. Qafqaz İslam Ordusunun 1918-ci ildə Azərbaycana gəlişindən sonra ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımın qarşısı alındı, sabitlik yarandı, qırğınları dayandırıldı, Qafqazda nisbi sakitlik oldu. Bolşevik Rusiyasının təhriki ilə ermənilər sonradan Qarabağda, ətraf bölgələrdə azərbaycanlılara qarşı etnik təmizləmələrə başladılar. Türkiyə yenə buradadır. Azərbaycanla siyasi-hərbi müttəfiqlik ən pik səviyyədədir. Özlərini qan-qada, müharibə, ölüm-itim ssenariləri ilə ayaqda saxlayan erməni şovinist dairələr bundan rahatsızdırlar. Azərbaycanın əksər enerji layihələri Türkiyə ilə birgə həyata keçirilir, Türkiyə ərazisindən keçməklə Avropa bazarlarına çıxarılır. İki ölkə arasında həm də bu sahədə ortaq əməkdaşlıq, maraqlar sistemi var. 2020-ci ilin iyulunda Tovuz döyüşləri də sübut etdi ki, Ermənistan Azərbaycanın Qərbə gedən enerji xətlərini vurmağı planlaşdırıb. Bununla da düşmən Azərbaycanı Qərbə sabitlik olmayan bir ölkə kimi təqdim edib, ölkəmizin strateji maraqlarını, etibarlılığını zədələmək istəyirdi. Türkiyə-Azərbaycan birgə hərbi təlimlərindən narahatlığını Ermənistan hər addımda büruzə verir.

Hərbi polisin sabiq rəisi Rövşən Məhərrəmov: "Allah vətənimizi,  dövlətimizi, Ordumuzu və əsgərlərimizi qorusun » Gundelik-Baku.Com

Rövşən Məhərrəmov

Bu mövzuda “Yeni Müsavat”a şərhində hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov bildirdi ki, Azərbaycanın Türkiyə ilə bütün sahələr üzrə əməkdaşlığı mövcuddur. Dünyada Azərbaycanla Türkiyənin müttəfiqliyi qədər təbii, səmimi müttəfiqlik yoxdur. Bu müttəfiqliyi ötən il imzalanmış Şuşa Bəyannaməsi yeni ən yüksək mərhələyə çıxarmış olub. İki ölkə arasında hərbi əməkdaşlıq, təhlükəsizlik məsələlərini özündə ehtiva edən sazişlər mövcuddur. Azərbaycan Ordusunun inkişafında, dünyanın müasir orduları sırasında yer almasında bu cür sazişlərin, bu sazişlərdən irəli gələn birgə hərbi təlimlərin, tədrisin xüsusi rolu var. Ermənistan Azərbaycan Ordusunun dünyanın müasir, modern orduları sırasına yüksəlməsini qəbul edə bilmir, bunu özü üçün təhlükə görür: “Baxmayaraq ki, Azərbaycan Ordusu Ermənistan ordusundan fərqli olaraq işğalçı ordu deyil, Ermənistan öz xislətinə uyğun olaraq narahatlıq keçirir. Ermənistan həmişə Rusiyaya güvənib. Son zamanlar Rusiyanın Türkiyə ilə münasibətlərinin dərinləşməsi faktı da İrəvanın rahatlığını pozub. Ermənilər hesab edir ki, Azərbaycana qardaş olan Türkiyənin Rusiya ilə isti münasibətləri Ermənistanın regionda təklənməsinə gətirib çıxaracaq. Ermənilərdə Türkiyəyə nifrət o həddədir ki, bu nifrət onlara Türkiyənin bölgədə sülhün, ədalətin bərqərar olmasına çalışmasını görməyə imkan vermir”.

Ekspertin sözlərinə görə, Ermənistanın və digər bəzi dövlətlərin narahatlıqlarına, qıcığına baxmayaraq Türkiyə-Azərbaycan ordularının birgə təlimləri davam edəcək: “Artıq Azərbaycan Ordusu Türkiyə ordusu modelinə belə keçir. Ermənistan və havadarları həm də bundan narahatdırlar. Cənubi Qafqazın üç ölkəsindən məhz Azərbaycanın Ordusunun NATO-nun ikinci ən güclü ordusu modelinə keçməsi Azərbaycanın bədxahlarının yuxusuna haram qatır. Onlar düşünürlər ki, Türkiyənin Cənubi Qafqazda olması və Azərbaycanın hərbi gücünün bu qədər artması gələcəkdə Azərbaycana təzyiq imkanlarını daha da daraldacaq, edilən təzyiqləri isə təsirsiz hala gətirəcək. Narahatlıqlar həm də bu perspektivdən qaynaqlanır”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR