İnsanlara hürriyət, millətlərə istiqlal!

Anqola Rusiya şirkətini almaz yatağından qovur

669 27.01.2024 22:58 Dünya A A

Anqola Rusiyanın "Alrosa" almaz hasilatçısından "Katoka" yatağının işlənməsi layihəsindən çıxmasını xahiş edid. "Alrosa" yatağın ilə məşğul olan şirkətin səhmlərinin 41 faizinə sahibdir.

Yerli “Expansao” nəşrinin məlumatına görə, Rusiya almazına, "Alrosa"ya qarşı məhdudiyyətlər oradan çıxarılan faydalı qazıntıların satışında problemlərə səbəb olub.

Yanvarda Dubayda bu məsələ ilə bağlı tərəflərin görüşü baş tutub. Vəziyyətdən çıxmaq üçün maneənin Rusiyanın təzminat almaq istəyi olduğu bildirilir, çünki şirkət bu sahəyə böyük investisiyalar yatırıb. Anqola isə ondan heç bir tələb olmadan getməsini xahiş edir.

Catoca Mining Company 1990-cı illərin birinci yarısında yaradılıb. Yataqdan hər il təxminən yeddi milyon almaz çıxarılır və satılır. Yatağın ehtiyatları 120 mln karat həcmində qiymətləndirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR