İnsanlara hürriyət, millətlərə istiqlal!

Ann İdalqo timsah göz yaşı tökür

1057 31.08.2023 14:50 Siyasət A A

Fransa Azərbaycana qarşı təxribatları davam etdirir. Bu dəfə estafet Parisin meri Ann İdalqo başda olmaqla, fransız şəhərlərindən “humanitar yardım” şousu təşkil edən heyətə ötürülmüşdür.

Musavat.com xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilir:

Qərbi Azərbaycan İcması bildirir ki, bu gün “timsah göz yaşı” tökən Ann İdalqo kimi rasist təfəkkürlü adamlar heç bir zaman Azərbaycan ərazilərinin işğalını, azərbaycanlıların Ermənistandan və vaxtilə işğal edilmiş ərazilərdən qovulmasını, Xocalı soyqırımını pisləməmişlər, əksinə Ermənistana və erməni diasporuna qoşulub qürrələnmişlər.

Ann İdalqo və onunla gələn fransız heyət siyasi hoqqabazlıqlara, dini təəssübkeşlik əsasında azərbaycanlılara qarşı nifrətə son qoymalıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR