İnsanlara hürriyət, millətlərə istiqlal!

“Anlaşma gizlədilir, Zəngəzur dəhlizinə nəzarət...” - Ağacanyan

2030 28.10.2023 22:55 Region A A

“Ermənistan rəhbərliyi Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycan qarşısında üzərinə şifahi öhdəlik götürüb”.

Bunu erməni diplomat Dyunik Ağacanyan deyib.

“Ermənistan rəhbərliyi dəhlizin (Zəngəzur) açılmasına maraq göstərir, amma bunun Rusiyanın nəzarətində olmasını istəmir. 10 noyabr bəyanatına görə, yolların təhlükəsizliyinə nəzarəti Rusiya Federal Sərhəd Xidməti həyata keçirməlidir. İstisna edilən məsələlərdən biri də sənədin olmaması ilə bağlıdır. Bəli, dəhlizlə bağlı sənəd yoxdur, amma açıq-aydın vədlər var ki, Azərbaycan və Türkiyə də bunu tez-tez xatırladır.

Biz çox epizodlar görmüşük ki, heç bir sənəd yoxdur, amma şifahi razılaşmalar var. Zaman-zaman həmin şifahi razılaşmalardan bəzilərinin həyata keçirildiyini görmüşük. Dəhlizi də eyni məntiqlə nəzərdən keçirmək olar, bu o deməkdir ki, müəyyən öhdəliklər var, amma (İrəvanda) bunu Rusiyanın iştirakı ilə həyata keçirmək istəyi yoxdur”, - diplomat bildirib.

Ağacanyan Ermənistan rəhbərliyinin dəhlizə Qərbin nəzarətinə müsbət baxdığını söyləyib:

“Qərbin, əslində hazırda Kanadanın qatılmağa hazırlaşdığı Avropa Birliyinin müşahidə missiyası adı altında NATO-nun nəzarəti ilə həyata keçirilə biləcəyini istisna etmirlər. Biz çox yaxşı bilirik ki, müşahidə missiyasının Ermənistana gətirən sənəd, bəzi məqamlara görə, 1-2 saat ərzində hərbi mövcudluğa çevrilə bilər. İctimaiyyət baş verənlərlə bağlı məlumatsız saxlanılır və addım-addım həyata keçirilir”.

Diplomat Baş nazir Nikol Paşinyanın Fransadan silahların qonşulara atəş açmaq üçün alınmadığını dediyini də vurğulayıb:

“Bu o deməkdir ki, Ermənistan ordusunun buraxılması ilə bağlı da öhdəlik var, bu, kapitulyasiya ideyasının məntiqindədir”.

Ağacanyanın fikrincə, atılan addımlar Rusiya və İranın maraqlarına ziddir, buna görə Ermənistana ağır zərbələr dəyəcək:

“Çox ağır olacaq. Ən azı İran bu barədə açıq şəkildə xəbərdarlıq edir ki, Qərbin mövcudluğuna dözməyəcək”./Teleqraf.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR