İnsanlara hürriyət, millətlərə istiqlal!

Ankara Kafkas Dans Topluluğunun təqdimat konserti keçirilib   FOTO

539 02.06.2024 10:08 Mədəniyyət A A

Türkiyənin Ankara şəhərindəki Təhsil Nazirliyinin Böyük Şura Salonunda Ankara Kafkas Dans Topluluğunun hesabat konserti keçirilib.

Musavat.com xəbər verir ki, tədbirdə Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin, TRT televiziya kanalının rəhbərliyi, Azərbaycan Səfirliyi və müxtəlif təşkilatların təmsilçiləri, ictimaiyyət nümayəndələri, yerli azərbaycanlılar və türklər, mətbuat nümayəndələri iştirak ediblər.

Tədbirdə  öncə Azərbaycan və Türkiyənin milli liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyev, habelə hər iki ölkənin bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirələri anılmışdır.
Konsert proqramında ilk öncə Ankara şəhərində fəaliyyət göstərən və əsasən Türkiyənin Kars və İğdır bölgələrində etnik azərbaycan əsilli, habelə digər Qafqaz mənşəli insanların yaratdığı rəqs dərnəyi və ansamblı haqqında məlumat verilib. Qeyd edilib ki, yüzlərlə həvəskar gənci öz ətrafında birləşdirən dərnək Qafqaz xalqları - Azərbaycan, Gürcü, Çərkəz, Çeçen və s. milli rəqslərini təbliğ edir.
Daha sonra Ankara Qafqaz Rəqs Ansamblının çıxışları olub. Ansambl Qafqaz xalqlarının milli rəqslərini kollektiv və fərdi qaydada icra edib, habelə bir sıra teatrlaşdırılmış rəqs səhnələrini təqdim ediblər.
Ansambl “Azərbaycan suitası”, “Naz eləmə”, “Uzundərə”, “Nəlbəki” və b. xalq rəqslərimizi icra edib. Ansamblın bir sıra üzvləri milli musiqi alətlərimizin müşaiyəti ilə Azərbaycan xalq mahnılarını da ifa ediblər.

Tədbirdə çıxış edən Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan-Türkiyə qardaşlığı, dövlətlərimiz, dövlət başçılarımız arasında yüksək səviyyəli münasibətləri qeyd edib.

Samir Abbasov Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi olan rəqs sənətinin xalqımızın tarixi qədər qədim olduğunu, dünyada ən qədim insan yaşayış məskənlərindən olan Azərbaycanın Qobustan bölgəsindəki qayaların üzərindəki qədim insanların çəkdikləri rəsmlərdə də toplu rəqs edən insanların rəsmlərinin yaradıldığını qeyd edib. Samir Abbasov öz repertuarında Azərbaycan milli rəqslərinə daim geniş yer verən Ankara Qafqaz Rəqs Ansamblının bütün üzvlərinə öz təşəkkürünü bildirib və milli rəqslərimizin Türkiyədə təbliği, tanıdılması işində Ansambla Azərbaycan Mədəniyyət Mərkəzinin daim dəstək olmağa hazır olduğunu qeyd edib.

Sonda Ankara Kafkas Dansları Topluluğunun fəaliyyətini dəstəkləyən Azərbaycan Mədəniyyət Mərkəzinə xüsusi mükafat Ansamblın rəhbəri tərəfindən təqdim edilib.
Digər çıxışçılar da Kafkas Dans Topluluğunun çıxışlarını təqdir edərək, Ansamblın ifalarının Türkiyədə maraqla qarşılandığını vurğulayıblar.

Sonda Ansambl dövlət bayraqlarımızla

Azərbaycan - Türkiyə qardaşlığı, Türk xalqlarının qəhrəmanlığı, Türk dünyasının həmrəyliyinə həsr olunmuş çıxışları olub və ifalar alqışlarla qarşılanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR