İnsanlara hürriyət, millətlərə istiqlal!

Andrey Petrov Vardanyan barədə: “Layiqli cəzasını alsın!” - VİDEO

1784 28.09.2023 22:56 Son xəbər A A

Hazırda Qarabağı tərk edən ermənilərin bir qismi oradakı qanunsuz hərbi birləşmələrin üzvləri və onların ailələridir. Digər bir qismi isə Qarabağın işğalından sonra oraya köçən şəxslərdir ki, onların da Qarabağda qalması qanuna ziddir.

"Ölkə.az" xəbər verir ki, bunu “Vestnik Kavkaza” informasiya agentliyinin sədr müavini Andrey Petrov CBC TV-nin efirində bildirib.

Onun sözlərinə görə, hazırda Qarabağda yaşayan dinc yerli erməni əhalinin dəqiq sayı belə məlum deyil. Ərazini tərk edənlərin böyük əksəriyyətininsə Qarabağda yaşamağa haqqı yoxdur.

“Bu gün gördüklərimiz Qarabağın etnik özünütəmizləməsidir. Belə ki, bunu ermənilərin özləri təşkil edib. Məqsəd Azərbaycanı etnik təmizləmədə ittiham etməkdir. Halbuki, onlar könüllü şəkildə ərazini tərk edirlər. Bu insanların çoxunun Qarabağda yaşaması qanunsuzdur. Çünki, onlar yerli əhali deyil, sonradan bölgəyə köçürülən sakinlərdir”, - deyə A.Petrov bəyan edib.

Ekspert Ruben Vardanyanın həbsi məsələsinə də toxunub.
“Qoy, o, layiqli cəzasını alsın. Rusiya buna etiraz etmir. Ən azından ona görə ki, o, Rusiya vətəndaşı deyil, Ermənistan vətəndaşıdır”, - Petrov vurğulayıb.

Daha ətraflı CBC telekanlının videomaterialında:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR