İnsanlara hürriyət, millətlərə istiqlal!

"Anderlext" "Qarabağ"ın futbolçusu ilə maraqlanır

811 23.02.2023 12:52 İdman A A

"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev Belçika yüksək liqa təmsilçisi "Anderlext"ə keçə bilər.

Qol.az xəbər verir ki, bu barədə Belçika mətbuatı məlumat yayıb. Bildirilib ki, "Anderlext" yayda bir neçə mövqeyə lazımı transferlər etməyi planlaşdırır. Klubun maraqlandığı futbolçular sırasında millimizin üzvü də var. "Anderlext"in idman direktoru Jesper Fredberq 22 yaşlı müdafiəçininin daha yaxından izlənilməsi üçün "Qarabağ"ın Konfrans Liqasında "Gent"ə qarşı bu gün keçiriləcək cavab matçına skaut göndərməyi planlaşdırır. Brüssel təmsilçisinin Elvini daha yaxından görməsi üçün bu qarşılaşmanın ideal fürsət olduğunu vurğulanıb.

Qeyd edək ki, E.Cəfərquliyev bu mövsüm meydana çıxdığı 32 oyunda 2 qol vurub, 6 qolun ötürməsini verib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR