İnsanlara hürriyət, millətlərə istiqlal!

Anasını öldürüb intihar etdi

1372 17.09.2023 19:33 Kriminal A A

Petropavlovsk-Kamçatada yerli sakinin qətli ilə bağlı cinayət işi açılıb.

Faciə akademik Korolyov küçəsindəki evlərin birindəki mənzildə baş verib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, 60 yaşlı qadın birlikdə yaşadığı 90 yaşlı anasının başına çəkiclə azı üç zərbə endirib. Nəticədə kəllə-beyin travması nəticəsində zərərçəkmiş hadisə yerində dünyasını dəyişib.

Hadisədən sonra qadın intihar edib.

"Hazırda hadisənin bütün hallarının təfərrüatlı şəkildə müəyyən edilməsinə yönəlmiş iş üzrə istintaq və digər prosessual hərəkətlər aparılır", - Kamçatka ərazisi üzrə İstintaq İdarəsindən bildirilib.//Lent.az

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR