İnsanlara hürriyət, millətlərə istiqlal!

Anası: “Mixeil Saakaşvilinin səhhəti ilə bağlı vəziyyət təhlükəlidir”

382 20.04.2022 20:35 Region A A

“Mixeil Saakaşvilinin sağlamlıq durumu ilə bağlı vəziyyət təhlükəlidir”.

Musavat.com “Report”a istinadən xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidentinin anası Giuli Alasaniya keçirdiyi brifinqdə deyib.

G.Alasaniyanın sözlərinə görə, oğlu onun yanında səhhəti barədə heç vaxt danışmayıb:

“Lakin bu gün o, mənə xəstə olduğunu dedi. Oğlum Penitensiar Xidmətə müraciət edib ki, sağlamlıq vəziyyətinə diqqət yetirsinlər. Hələ heç bir reaksiya yoxdur”.

O, M.Saakaşvilinin təxirəsalınmadan müalicə olunmasına çağırış edib.

Həkim Levan Peradze öz növbəsində deyib ki, M.Saakaşvili MRT müayinəsindən keçməlidir: “Lakin bu müayinə aparılmır. Saakaşvili sistematik olaraq ağrıkəsicilərdən istifadə edir”.

Digər həkim Maya Cişkariani isə bildirib ki, eks-prezidentin vəziyyəti beş aydır pisləşib:

“Bu müddət ərzində onun sağlamlıq vəziyyətinə diqqət verilməyib, müayinə və diaqnostika aparılmayıb”.

Brifinqin sonunda M.Saakaşvilinin Qərb standartlarına uyğun xəstəxanaya köçürülməsinin tələb olunduğu müraciət oxunub. Müraciət üçün imzaların toplanılacağı bildirilib.

Qeyd edək ki, M.Saakaşvili ötən ilin sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə yaxalanıb. Eks-prezident hazırda Rustavi şəhərindəki 12 saylı həbsxanada saxlanılır. O, ötən gün müstəqil həkimlər qrupuna ünvanladığı məktubunda səhhətinin pisləşdiyini bildirib. Bu gün Tbilisi Şəhər Məhkəməsində keçirilən prosesdə siyasətçinin halı pisləşib və bu səbəbdən iclasda fasilə elan edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR