İnsanlara hürriyət, millətlərə istiqlal!

Anar Kərimov: "Mədəni dirçəlişin iqtisadi tərəfini düşünmək lazımdır" - FOTO

938 20.09.2022 11:01 Mədəniyyət A A

18-20 sentyabr tarixində keçirilən "Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları" adlı beynəlxalq elmi-praktik konfrans öz işinə davam edir.

Musavat.com xəbər verir ki, Bakıda keçirilən konfransda mədəniyyət naziri Anar Kərimov, İqtisadiyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin nümayəndələri, millət vəkilləri, tanınmış yerli və xarici ictimaiyyət xadimləri iştirak edir.

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirib ki, Azərbaycan hazırda özünün ən önəmli dövrünü yaşayır:

"Hesab edirik ki, dövlət qurumu kimi yaradıcı birliklərə, ittifaqlara müdaxilə etmədən onlara yaradıcı mühit, şərait yaratmalıyıq. 44 günlük müharibədən, torpaqlar azad ediləndən sonra Azərbaycan dövlətinin qarşısında ərazilərin dirçəldilməsi kimi müqəddəs vəzifə durur.

Ən önəmli prosesdən biri də mədəniyyətin dirçəldilməsi, adət-ənənələrin həmin torpaqlara qaytarılmasıdır. Bu gün artıq yaradıcılığın və mədəni dirçəlişin iqtisadi tərəfini düşünmək lazımdır. Çünki hər yaradıcı insanı yaradıcılığın davamlı olması üçün məsələnin iqtisadi tərəfi də maraqlandırır. Bugünkü tədbir də buna həsr olunub. Yaradıcı sənayelərin iqtisadiyyata töhfəsi daim gündəmdədir. 2030-cu il üçün prioritet sahələrdən biri də yaradıcı sənayelərdir. Ən vacib məqsədlərimizdən biri yaradıcı sənayelərə özəl sektor tərəfindən investisiya cəlb etmək, vergi güzəştlərinin göstərilməsidir".

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR