İnsanlara hürriyət, millətlərə istiqlal!

Anar Ələkbərov İstanbulda Əminə Ərdoğanla görüşdü

836 07.06.2024 20:47 Siyasət A A

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov İstanbulda Türkiyənin birinci xanımı Əminə Ərdoğanla görüşüb.

Musavat.com xəbər verir ki, bu barədə Ə.Ərdoğan “X” hesabında paylaşım edib.

“Heydər Əliyev Fondunun işləri və Bakıda keçiriləcək İqlim Dəyişikliyi üzrə Tərəflərin 29-cu Konfransına (COP29) hazırlıqla bağlı məlumat aldım. Sammitlə bağlı əməkdaşlıq sahələrimizi dəyərləndirdik.

Bir daha Azərbaycanın iqlim mövzusunda bütün dünya liderlərini bir araya gətirən bu mühüm zirvə toplantısına ev sahibliyi edəcəyinə görə xoşbəxt olduğumuzu bildirdim. Türkiyə olaraq hər zaman qardaş ölkəmiz Azərbaycanın yanındayıq” - deyə paylaşımda qeyd olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR