İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikalılar 14 fevralda 26 milyard dollara yaxın pul xərcləyəcəklər: Nə alacaqlar?

548 02.02.2024 22:20 Dünya A A

Amerikalıların Sevgililər Günündə (14 fevral) ümumi xərcləri bu il təxminən 25,8 milyard dollar təşkil edəcək. ABŞ Milli Pərakəndə Ticarət Federasiyasının (NRF) sorğusuna əsasən, bu məbləğ ötən illə eynidir. 2020-ci ildə rekord göstərici 27,4 milyard dollar olub.

Sorğuda iştirak edən respondentlərin yarıdan çoxu (53 faizi) Sevgililər Gününü əvvəlki il olduğu kimi qeyd etməyi planlaşdırır, eyni zamanda bayrama orta hesabla 185,81 dollar xərcləməyə hazırdır. Bu, son beş ildəki orta məbləğdən təxminən 8 dollar çoxdur.

Ən populyar hədiyyələr şirniyyat (57 faiz), kartlar (40 faiz) və çiçəklər (39 faiz) olaraq qalır. Bu arada respondentlərin 32 faizi restorana getməyi planlaşdırır, 22 faizi zinət əşyaları, 21 faizi geyim, 19 faizi hədiyyə kartları və ya sertifikatlar verəcək. Dekorasiyaya ümumi xərclərdən təxminən 6,4 milyard dollar, çiçəklərə 2,6 milyard dollar, geyimə 3 milyard dollar, evdənkənar şənliklərə isə 4,9 milyard dollar xərclənəcəyi gözlənilir.

Amerikalılar hədiyyələr almaq üçün ən çox onlayn mağazalardan istifadə edirlər (40 faiz), ikinci yerdə adi mağazalar (33%), endirimli mağazalar (31 faiz) və çiçəkçilər (17 faiz) gəlir.

Qeyd edək ki, NRF və Prosper Insights-ın yanvarın 2-dən 8-dək keçirdiyi sorğuda təxminən 8,33 min amerikalı iştirak edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR