İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikalı basketbolçu tarixi rekorda imza atdı

744 22.11.2023 18:46 İdman A A

Amerika Milli Basketbol Assosiasiyası (NBA) növbəti mövsümlərarası matçlarını keçirib.

“Leykers”in əfsanəvi basketbolçusu Lebron Ceyms topladığı xallara görə rekord əldə edib.

“Los-Anceles Leykers”in “Yuta Cazz”ı 131:99 hesabı ilə məğlub etdiyi görüşün ən məhsuldar oyunçusu ev sahiblərinin amerikalı mərkəz oyunçusu Entoni Devis olub və o, 26 xal qazanıb. “Yuta”nın heyətində mərkəz oyunçusu Faruk Yurtseven 18 xalla ən çox qazanan olub.

Lebron Ceyms isə bu oyunda 17 xal toplayıb ki, bu da ona NBA karyerasında 39 000 xal həddini keçməyə imkan verib.

O, xal sayına görə liqada birinci yeri tutur (39 012). Fevralda Ceyms daha əvvəl 38 387 xalla siyahıya başçılıq edən Karim Abdul-Cabbarın rekordunu qırıb, üçüncü yerdə isə Karl Meloun (36 928) qərarlaşıb.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR