İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikadan Putinə ağır zərbə: Ukraynaya 40 milyard, yayda qanlı döyüşlər və... - CANLI

725 11.05.2022 15:23 Gündəm A A

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya ümumilikdə təxminən 40 milyard dollarlıq dəstəyi nəzərdə tutan genişmiqyaslı yardım paketini təsdiqləyib.

Layihə lazımi səs çoxluğunu toplayıb. Bu barədə “RBC-Ukraina” Nümayəndələr Palatasının iclasının yayımına istinadən xəbər verir.
Hər keçən gün Rusiyanı Ukraynada daha dərin bataqlığa sürükləyir. Bir şey dəqiqdir ki, artıq zaman Rusiyaya işləmir. Ən azı ona görə ki, hər bir ötən gün, həftə Rusiya üçün geridönməz canlı və maddi-texniki itkilər deməkdir.

Ukrayna üçün artıq belə problem yoxdur. Çünki Qərb, NATO, Avropa Birliyi bütünlüklə onun arxasında olduğundan, nə silah, nə də maliyyə qıtlığı yaşayır. Yüksək mübarizə əzmi də öz yerində. Odur ki, Putin üçün seçim getdikcə qəlizləşməkdədir.

TVMusavat-ın saat 15:30-da canlı efirində aparıcı Emil Salamoğlunun təqdimatında “Həftə içi”nin qonağı olan professor Qabil Hüseynli Ukraynaya yeni yardımlar və müharibə ilə bağlı gözləntilər haqda danışır.
Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat



Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR