İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada türklərin partiyasına qeyri-rəsmi QADAĞA

849 30.03.2024 14:25 Dünya A A

Almaniyada əsasən türk əsilli vətəndaşların qurduğu "DAVA" partiyası ölkədə bank hesabı açmaq istəyərkən maneələrlə üzləşib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “BILD in Russian” Telegram kanalı məlumat yayıb.

Üç ay əvvəl Almaniyada müsəlman icmasının maraqlarını müdafiə etmək məqsədi daşıyan "DAVA" (Müxtəliflik və Oyanış üçün Demokratik Alyans) partiyası yaradılıb. Bir çox ekspertlər bu siyasi qüvvəni Almaniyada Ərdoğanın Ədalət və İnkişaf Partiyasının davamı hesab edir.

Almanya'da Türklerin kurduğu partiye 'banka hesabı' ambargosu

"DAVA"-nın Avropa Parlamentinə seçkilərdə iştirak etmək planları Almaniyanın siyasi ictimaiyyətində və ölkə hakimiyyətində təşviş yaradıb. Berlin bununla Ankaranın Almaniyadakı siyasi vəziyyətə fəal təsir göstərə biləcəyindən qorxur.

"DAVA"-nın əsas namizədi Fatih Zingal partiyanın çoxsaylı maliyyə qurumları ilə əlaqə saxlamasına baxmayaraq, Almaniyada bank hesabı aça bilmədiyini təsdiqləyib. Bir çox banklar imtinanın səbəblərini açıqlamır, bəziləri isə reputasiya risklərinə işarə edir.

"DAVA" liderləri seçki kampaniyalarını üzvlük haqları və Almaniyadan gələn ianələr hesabına maliyyələşdirməyi planlaşdırdıqlarını bildiriblər.

Xatırladaq ki, Almaniyada sırf Kremlin və Rusiyanın maraqlarını güdən Almaniya üçün "Alternativ" adlı partiya var. Bu partiya indi Bundestaqda 3-cü böyük siyasi qüvvə sayılır və onların fəaliyyətinə heç bir əngəl törədilmir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR